Vaxt.Az

“Səhvlərə yer yoxdur”


 

Sergey Sirotkin: “Bakı trası kifayət qədər mürəkkəbdir”

“Səhvlərə yer yoxdur” “Bakı trasında səhvlərə yer yoxdur”. Vaxt.az “Trend”ə istinadən bildirir ki, bu sözləri "Williams" komandasının pilotu Sergey Sirotkin Azərbaycan Qran-prisi ərəfəsində deyib.

Pilot bildirib: “Hesab edirəm ki, Bakı trası kifayət qədər mürəkkəbdir. Orada səhvlərə yer yoxdur. Bu amil yarışı daha maraqlı edir”.

S.Sirotkin əlavə edib ki, ötən il onun komandası Azərbaycan Qran-prisini uğurla keçirib və o, bu il də yarışı səbrsizliklə gözləyir.

 





25.04.2018    çap et  çap et