Vaxt.Az

İŞİD-in sərvəti açıqlandı


 

Avropa terrorçuların varidatının harada olmasını araşdırır

İŞİD-in sərvəti açıqlandı İŞİD (İraq-Şam İslam Dövləti) qruplaşmasının 3 milyard avro sərvətə malik olduğu bildirilir. Bu barədə Fransanın “Europe 1” telekanalı açıqlama verib.

Jurnalistlərin araşdırmasına əsasən, qruplaşma İraq və Suriyanı işğalda saxladığı illər ərzində 3 milyard avroya qədər sərvət toplayıb və bu göstərici ilə dünyanın ən zəngin qruplaşmasıdır.

“Europe 1” qeyd edir ki, nüfuzunun ən yüksək vaxtında qruplaşma İraqda taxıl istehsalının 40 faizini və Suriyada isə pambıq istehsalının isə 80 faizinə nəzarət edib. Təbii ki, qruplaşmanın əsas gəlir mənbəyi neft yataqları olub.

İŞİD darmadağın edilməzdən əvvəl, öz investisiyalarını Türkiyə, Yaxın Şərq və İraqdakı ayrı-ayrı şəxslərin adına keçirib.

Buna görə, Avropa təhlükəsizlik xidmətinin əməkdaşları Parisə toplaşaraq terrorizmin sponsorluğuna qarşı iclas olub.

 





27.04.2018    çap et  çap et