Vaxt.Az

“Bütün vasitələrə malikdir”


 

Stoltenberq Gürcüstanın NATO-ya üzvlüyü barədə ...

“Bütün vasitələrə malikdir” Gürcüstan NATO-ya üzv olmağa hazırlaşmaq üçün bütün vasitələrə malikdir. RİA “Novosti” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Gürcüstan müvafiq tələbləri yerinə yetirdikdən sonra NATO üzvü olacaq, ölkə Alyansa üzv olmağa hazırlaşmaq üçün bütün vasitələrə malikdir”, deyə Y.Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, NATO-nun iyulda keçiriləcək sammitində Alyans üzvləri yekdilliklə Gürcüstana qəti dəstək verəcək, ölkəyə praktiki və siyasi yardım göstərməyə davam edəcək.

 





28.04.2018    çap et  çap et