Vaxt.Az

“Alimlər şəhərciyi”ndə kimlər mənzil ala biləcək?


 

“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək

“Alimlər şəhərciyi”ndə kimlər mənzil ala biləcək? Abşeron rayonu Saray qəsəbəsində salınan "Alimlər şəhərciyi" yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.

Bundan başqa, AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.

Qeyd edək ki, layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.

“Smart City - Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq, 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

 





30.04.2018    çap et  çap et