Vaxt.Az

Messidən daha bir rekord


 

“Barselona”lı 7-ci dəfə ardıcıl ...

Messidən daha bir rekord “Barselona”nın argentinalı hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.

Messi 35-ci turda “Deportivo”ya qarşı keçirilən oyunda het-trikə imza ataraq cari mövsümdə toplarının sayını 32-yə çatdırıb.

Bununla da Messi “La Liqa”da 7 mövsüm 30 qol həddinə çatan ilk oyunçu olub. O, 2009/10 (34), 2010/11 (31), 2011/12 (50), 2012/13 (46), 2014/15 (43) və 2016/17 (37) mövsümündə də 30-dan çox qola imza atıb.

Qeyd edək ki, “Deportivo” - “Barseolna” qarşılaşmasında ev sahibinin 2-ci qolunu 64-cü dəqiqədə “Qalatasaray”ın keçmiş futbolçusu Əmrə Çolak vurub.

 





30.04.2018    çap et  çap et