Vaxt.Az

Dənizli ümidlənib


 

«Qarşıdakı turlar daha çətin keçəcək, amma...»

Dənizli ümidlənib «Xəzər Lənkəran»ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində «Qəbələ»yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

«İkinci dövrənin başlanğıcında çox çətin rəqiblərlə qarşılaşdıq. Gözəl nəticələr qazandıq. Yaxşı komandamız var. Azərbaycan çempionatına rəng qatdığımızı düşünürəm. Qarşıdakı turlar bizim üçün daha çətin keçəcək. Ancaq çalışacağıq ki, bizə bəslənən ümidləri doğruldaq. Son üç turda «Qarabağ», «Neftçi» və «Qəbələ» kimi komandalardan 7 xal aldıq. Buna görə futbolçularımı təbrik edirəm».

 





15.02.2014    çap et  çap et