Vaxt.Az

Avropada ara qarışır


 

Londonda atışma, Parisdə isə iğtişaşlar baş verib

Avropada ara qarışır Böyük Britaniyanın paytaxtı Londonda atışma baş verib. “Trend”in məlumatına görə, hadisə yerinə gələn polis əməkdaşları bir nəfəri ölü, digərini isə yaralı aşkar ediblər. Yaralı şəxs hazırda xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir.

Skotland-Yard baş vermiş hadisəni qətl kimi qiymətləndirib.

Hazırda araşdırma aparılır.

 

***


Parisdə solçular və anarxistlərin keçirdiyi etiraz aksiyasından sonra yaşanan iğtişaşlarda 200 nəfər həbs olunub.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Baş polis idarəsi, üzlərində maskalar olan qara geyimli etirazçıların icazəli May günü yürüşünü iğtişaşlara çevirdiyini bildirib.

Fəallar ticarət obyektlərinə hücumlar edib, Molotov kokteylləri ilə yanğınlar törədib. Asayış keşikçiləri gözyaşardıcı qaz və su şırnaqları ilə aksiyaya müdaxilə edib.

Toqquşmalarda “RİA Novosti” agentliyinin müxbiri gözyaşardıcı qazdan zəhərlənib.

 

***

 

19:25

Fransanın paytaxtı Parisdə qatı-solçular və anarxistlərin hökumətə qarşı etiraz aksiyası iğtişaşlara çevrilib.

May gününü qeyd edən və hökumətin əmək islahatlarına etiraz edən 1200-ə yaxın nümayişçi Bastiliya meydanında bir araya gəlib.

Daha sonra etirazçılar mərkəzi küçələrdə yürüş edib. Etirazçılar əllərində keçmiş Sovet İttifaqı bayraqları və müxtəlif yazılı plakatlar tutub, hökumətə qarşı şüarlar səsləndirib.

Yürüş zamanı bir qrup maskalı etirazçı yoldakı restoran və ticarət obyektlərinə hücum çəkib. Etirazçılar restoranların şüşələrini qırıb, yaxınlıqdakı maşını yandırıb.

Təhlükəsizlik qüvvələri təxribatçı aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

 





02.05.2018    çap et  çap et