Vaxt.Az

Güləşçimiz Avropa çempionu oldu


 

İki güləşçimizi qızıl, daha ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq

Güləşçimiz Avropa çempionu oldu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasının məlumatında deyilir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə Estoniya təmsilçisi Helary Maegissalunu məğlub edib.

O, final görüşündə rəqibini 8:0 hesablı təmiz qələbə ilə Avropa çempionu olub.

Bu gün iki güləşçimiz bürünc medal uğrunda tatamiyə çıxacaq. 87 kq çəki dərəcəsində yarışan İslam Abbasov almaniyalı Denis Kudla, 77 kq çəkidə isə Elvin Mürsəliyev gürcü Tornike Camaşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, Rəsul Çunayev (72 kq) və Murad Məmmədov (60 kq) finala vəsiqə qazanıb.

 





02.05.2018    çap et  çap et