Vaxt.Az

Paşinyan Köçəryanı hədələdi


 

“Parlamentdə nə baş verdiyi vacib deyil”

Paşinyan Köçəryanı hədələdi “Biz istənilən ssenariyə hazırıq”. Bu sözləri jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib. O, 8 mayda parlamentdə keçiriləcək baş nazir seçkilərində iştirak edəcəyini bildirib.

Paşinyan etirazçıların heç kimə qarşı güc tətbiq etməyəcəyini açıqlayıb: “Artıq Ermənistan parlamentində nə baş verdiyi vacib deyil. Vacib olan küçələrdə baş verənlərdir. Xalq və hakimiyyət arasındakı münasibətlər əvvəlki vəziyyətdə olmayacaq”.

Onun sözlərinə görə, Robert Köçəryanın Ermənistandakı hadisələrə müdaxiləsi inqilab dalğasını artıracaq.

O, general Feliks Çolakyanın ona səs verməsini şərh edərkən, “əgər general da mənə səs verirsə, demək, ölkənin təhlükəsizliyi üçün təhdid deyiləm” deyib.

 





02.05.2018    çap et  çap et