Vaxt.Az

İtkin düşənin avtomobili tapıldı


 

Yanmış halda...

İtkin düşənin avtomobili tapıldı Azərbaycan polisi dəhşətli cinayətin izinə düşüb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 1960-cı il təvəllüdlü Yasin Ədalət oğlu Rüstəmov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək fevralın 12-si saat 20 radələrində qardaşı, 1964-cü il təvəllüdlü Kamal Rüstəmovun özünə məxsus «VAZ-21011» markalı avtomobili ilə evdən çıxması və geri qayıtmaması barədə məlumat verib.

Həyata keçirilən tədbirlər nəticəsində K. Rüstəmovun avtomobili Yuxarı Qaramanlı kəndinin ərazisində yanmış vəziyyətdə tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

İlkin yoxlama, əməliyyat-axtarış tədbirləri aparılır.

 





17.02.2014    çap et  çap et