Vaxt.Az

Azərbaycan mətbəxinin kraliçası


 

“Euronews”: “Dolmanın bükülməsi zərgərlik nümunəsidir”

Azərbaycan mətbəxinin kraliçası Azərbaycan mətbəxinin əsl kraliçası dolmadır. Bu yeməyə olan sevgi ölkənin bütün bölgələrini və millətlərini istisnasız birləşdirir. Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olub.

Vaxt.az xəbər verir ki, Azərbaycan mətbəxinin kraliçası olan dolma haqqında “Euronews” telekanalının müxbiri Qalina Polonskaya danışıb:

“Dolma Azərbaycan mətbəxinin sütunlarından biridir. Ölkədə bu yeməyin 386 növü məlumdur. Dolmanın bükülməsi zərgərlik nümunəsidir”. 

“Ət, düyü, göyərti, soğan, üzüm yarpağı: Azərbaycan dolmasının uğurlu olmasının sirlərindən biri yerli, təbii, təzə məhsullardır”, - Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova deyib.

O, dolmanın hazırlanmasını nənəsindən öyrənib. Şəxsi reseptini gələcək nəsillərə ötürmək burada ənənədir. 

Ceyran Əsgərova deyir: “Prosesin çətin tərəfi ondan ibarətdir ki, dolma balaca olmalıdır, qəşənq bükülməlidir, dəyirmi olmalıdır, hazırlanma zamanı yarpaqlar dağılmamalıdır”. 

“Azərbaycan bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil”, - reportajda qeyd edilib.

 





29.05.2018    çap et  çap et