Vaxt.Az

Hacı Qamətin köməkçisi öldürüldü


 

«Əbu Bəkir» rəhbərindən qayını və yeznəsinin də ondan uzaqlaşıb

Hacı Qamətin köməkçisi öldürüldü «Əbu Bəkir» məscidinin imam cüməsi, habelə Azərbaycandakı sələfilərin lideri hesab edilən Qamət Süleymanovun köməkçisi Əfqanıstanda öldürülüb. AzVision.az-ın məlumatına görə, bu barədə bəzi sələfi nümayəndələri sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, hacı Qamətin köməkçisi Muhamməd adlı şəxs Əfqanıstanda cihadda öldürülüb.

“Qamətin mühafizəçisi və köməkçisi Muhamməd Həcc zamanı bütün suallarını alimə verdikdən sonra geri dönərək Qamətin səhv yolda olmasına şahidlik edir , tövbə edir. Əfqanıstana gedərək inşəAllah şəhid olub”.

Qeyd edək ki, Suriya məsələsindən sonra hacı Qamətlə sələfi tərəfdarları arasında münasibətlər kəskin pisləşib. Ən yaxın adamlarının belə Q.Süleymanovdan uzaqlaşdığı bildirilir. Hətta Qamətin qayını və yeznəsinin də mövqeyinə görə ondan uzaq düşdüyü qeyd edilir.

 





17.02.2014    çap et  çap et