Vaxt.Az

Elkapone Rusiyadan gedir


 

Azərbaycanlı biznesmen Moskvadakı bütün obyektlərini satıb

Elkapone Rusiyadan gedir Azərbaycanda və Rusiyada Frenk Elkapone kimi tanınan iş adamı Fizuli Məmmədov Moskvadakı biznesini satıb. Bu barədə «Axar.az»a Moskvadakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, Elkapone sahibi olduğu «İnter-Sever» şirkətini, habelə Çeryomuşka bazarındakı payını yəhudi əsilli iş adamlarına satıb və biznesini Avropaya köçürüb.

Mənbənin dediyinə görə, keçmiş Moskva meri Yuriy Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Artıq neçə vaxtdır ki, onun obyektləri Moskva vergi departamenti tərəfindən yoxlanılırmış. Moskvanın «Reçnoy vokzal» metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış.

Nəhayət, Frenk Rusiya ilə üzülüşmək qərarı verib. Amma biznesini konkret hara köçürdüyü dəqiq deyil. Ehtimal olunur ki, o, biznesini İtaliyaya köçürüb. Çünki onun birinci həyat yoldaşı italyan əsillidir. Frenkin Palermoda da ticarət mərkəzi var.

 





17.02.2014    çap et  çap et