Vaxt.Az

“Manqurt” AzDramada


 

Teatr Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını səhnələşdirdi

“Manqurt” AzDramada Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak ediblər.

Maraqlı səhnə yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

 





15.06.2018    çap et  çap et