Vaxt.Az

“Avropa, ABŞ-ı “Harley-Davidson”la cəzalandırır”


 

İstehsal obyektləri ölkə xaricinə köçürülə bilər

“Avropa, ABŞ-ı “Harley-Davidson”la cəzalandırır” Ağ Evin sözçüsü Sara Sanders (Sarah Sanders), gündəlik mətbuat konfransında, Avropa Birliyinin (AB) ABŞ-ı “Harley Davidson” ilə cəzalandırdığını söyləyib.

Sara Sanders, ABŞ Prezidenti Donald Trampın Avropa Birliyi ilə işləməyə açıq olduğunu, ancaq hazırda “artıq bəsdir” dediyini açıqlayıb.

ABŞ və AB arasındakı ticarət gərginliyinin nəticəsi olaraq tətbiq ediləcək vergilər ilə motosikl istehsalçısı “Harley Davidson”ın istehsal xərclərində illik 100 milyon dollarlıq artım baş verəcəyi açıqlanıb. Şirkətdən bildiriblər ki, AB-nin gömrük vergisi maya dəyərini  orta hesabla 2 min 200 dollar artıracaqdır. “Harley Davidson” bəzi istehsal obyektlərini ABŞ xaricinə köçürməyi planlaşdırır.

Həmçinin Sanders, ticarət müharibənin dərinləşməsinin qlobal miqyasda durğunluğa səbəb ola biləcəyini bildirib.

 





26.06.2018    çap et  çap et