Vaxt.Az

“İstisna edilmir ki, ...”


 

İlham Əliyev danışıqları Sərkisyanla aparmaq istəyir

“İstisna edilmir ki, ...” Bu günlərdə Ermənistan prezidenti Armen Sərkisyan böyük beynəlxalq turnedə olub. Ad gününü Britaniyada qeyd edib ki, burada onun kral ailəsi ilə görüşləri planlaşdırılırdı.

Virtualaz.org “tert.am” portalına istinadən xəbər verir ki, Britaniyadan sonra Ermənistan dövlətinin başçısı Fransaya və ABŞ-a yollanacaq.

Armen Sarkisyanın yaxın ətrafına istinadla mənbə qeyd edir ki, xarici turnedə məqsəd Ermənistana investisiyaların cəlb edilməsidir.

Tezliklə həmin məqsədlə onun Rusiyaya səfəri də nəzərdə tutulur.

Bəzi məlumatlara əsasən, prezident İlham Əliyev və Armen Sərkisyan keçmişdə təsadüfən bir yerdə dincəldikləri məkanda ünsiyyətdə olmağa imkan tapıblar.

“İstisna edilmir ki, Əliyev Rusiyaya məhz A.Sərkisyanla danışıqlar aparmağa hazır olduğunu bildirib və ola bilsin ki, Minsk Qrupunun həmsədr ölkələri də buna etiraz etməyəcəklər”, - tert.am-ın mənbəyi vurğulayır.

Armen Sərkisyan 2001-2013-cü illərdə Azərbaycanla sıx əlaqələri olan “British Petroleum” beynəlxalq şirkətində müşavir vəzifəsində çalışıb.

 





27.06.2018    çap et  çap et