Görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir. Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır. Avropada tək-tük ölkə lideri var ki, Putini ölkəsinə səfərə dəvət edə bilərlər. Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir. Əlbəttə, bu görüşdə ciddi nəticə əldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, (Ukrayna, Krımın işğalı, Suriya, kibermüharibə) hansısa sənədin imzalanması ehtimal edilmir. Ancaq Trampla əl sıxışmanın özü belə Putinə əlavə dividentlər gətirəcək. Putin bilir ki, buna görə Trampa qarşı Konqres daha da sərtləşəcək. Digər tərəfdən Putinin o da xoşuna gəlir birincisi, Tramp Ukrayna məsələsində israrçı deyil, tam əksinə Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir, ikincisi, Rusiyanı “böyük yeddilərə” qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur.