Vaxt.Az

QMİ statistika açıqladı


 

«Say 600 nəfərə çatıb»

QMİ statistika açıqladı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək üçün müraciət edən vətəndaşların sayını açıqlayıb. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov AzNews.az-a açıqlamasında bildirib ki, Həcc ziyarətinə getmək istəyən vətəndaşların sənədlərinin qəbulu 17 gündür başlayıb.

Bu müddət ərzində müraciət edənlərin sayı 600-ə çatıb. Onlar müvafiq sənədlərini artıq İdarəyə təqdim ediblər. 

O, Həcc ziyarətinin sentyabrda başlayacağını da qeyd edib. 

Xatırladaq ki, Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbuluna fevralın 1-dən başlanılıb.

 





18.02.2014    çap et  çap et