Vaxt.Az

Jirinovski Türkiyəyə gedir


 

Ərdoğanın inauqurasiyasında iştirak etmək üçün …

Jirinovski Türkiyəyə gedir Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri Vladimir Jirinovski 24 iyunda prezident seçkilərində qalib gəlmiş Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək.

Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

Partiyanın mətbuat xidmətindən bildiriblər ki, Vladimir Jirinovski 8 iyulda saat 17:00-da Ankaraya gələcək. O, 9 iyulda Türkiyə prezidenti R.T.Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək.

Mətbuat xidmətindən onu da bildiriblər ki, Jirinovskini Ərdoğan şəxsən dəvət edib. Onu RLDP-dən digər deputatlar-Vasiliy Vlasov, Dmitri Savelyev və Boris Çernışov müşayiət edəcəklər.

 





07.07.2018    çap et  çap et