Vaxt.Az

Mollaların “Babək qalası” qorxusu qalır


 

Fars rejimi 50-dən çox Güney Azərbaycanlı fəalı həbs edib

Mollaların “Babək qalası” qorxusu qalır İran İslam Respublikasında saxlanılan azərbaycanlı fəalların sayı 50-ni ötüb. Yerli KİV bildirir ki, təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan ostanının Kəlibər şəhəri yaxınlığındakı “Babək qalası” ətrafına toplaşan onlarla insanı həbs edib.

Saxlanılanlar sırasında Həmid Şəfiq, Mehdi Qolabi, Firuz Müəyyəni, Məhəmməd Haqpur, Davud Əzimzadə, Behrad Xudayari kimi tanınmış simalar da var.

Həmçinin Ərdəbil şəhərində alim Abbas İrşadifər saxlanılıb.

Qeyd edək ki, artıq uzun illərdir etnik azərbaycanlılar türk eyniliyinin rəmzi sayılan “Babək qalası” ətrafından iyulda bir araya gəlirlər.

Son illər bu görüşləri İran təhlükəsizlik qüvvələrinin təzyiqi səbəbi ilə keçirmək mümkün olmur.

 





07.07.2018    çap et  çap et