Vaxt.Az

Bakıda yaşayış binası yanıb


 

Sakinlər evakuasiya ediliblər

Bakıda yaşayış binası yanıb Azərbaycan paytaxtında yaşayış binasında yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 55 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.Yanğın zamanı 20 nəfər bina sakini, o cümlədən 6 uşaq yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 





01.01.2013    çap et  çap et