Vaxt.Az

Dollar son bir ilin maksimumunda


 

Bu qədəri heç görünməmişdi

Dollar son bir ilin maksimumunda FED-in sərt monetar siyasəti və digər valyutalara olan tələbin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olur.

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yenidən bahalaşaraq, son bir ilin maksimum səviyyəsində ticarət edilməkdədir.

Nəticədə avro məzənnəsi də yenidən 1.1516 dollara kimi ucuzlaşıb və qiymət 1.1500 dolları aşağı istiqamətdə qırarsa, 1.1447 dollara kimi də düşə bilər. İngilis funtunun da məzənnəsi 1.29 dolların altında ticarət edilir və 1.28 dolları aşağı istiqamətdə qırarsa, 1.27 dollara kimi ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında isə Lirənin məzənnəsi 5.74-ə çatıb və günün sonuna 5.86 dollar ola bilər.

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin 2-ci rüb üzrə iqtisadi inkişaf və Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumaları da investorların diqqət mərkəzindədir və beynəlxalq valyuta birjalarında güclü dalğalanma gözlənilir.

 





10.08.2018    çap et  çap et