Vaxt.Az

“Qara bazar”ın ağ günləri


 

Türkiyədə ABŞ məhsullarına qadağa işbazların işinə yarayıb

“Qara bazar”ın ağ günləri Türkiyədə idxalçılar məhsullarını anbarlarda saxlayırlar. “Sabah” qəzetinə istinadən xəbər verir ki, bir çox elektronika məhsulu “qara bazar”da satılır.

Başda ofis ləvazimatları olmaqla xaricdən idxal edilən bir çox məhsul bazarda tapılmır. İdxalçı şirkətlərin, Qurban bayramından sonra sözügedən məhsulları artırılmış qiymətlər ilə satışa çıxarmağı planlaşdırdığı bildirilir.

Azad bazar iqtisadiyyatının tərəfdarları olan iqtisadçılar idxalçıların bu hərəkətlərini təbii qarşıladıqlarını, onların satılan məhsulların yerinə yenisini daha yüksək qiymətlərə alacaqlarını bildirirlər.

 





16.08.2018    çap et  çap et