Vaxt.Az

“Qardaşımızı İrana təslim etməyin”


 

Akşənərdən Ərdoğana etiraz: “Yeni bir “Boraltan Köprüsü” acısı yaşatmayın”

“Qardaşımızı İrana təslim etməyin” İranda Türk millətçiliyində suçlanan və 4 ildir Türkiyədə yaşayan Rahim Cavadbəyli, Birləşmiş Millətlər Mühacirləri Ali Komissarlığı Ofisinin qeydiyyatında olub. Avqustun 2-də həbs edildikdən sonra Vandaki mühacirlər düşərgəsinə göndərilən Cavadbeylinin İrana təhvil veriləcəyi ilə bağlı məlumatlara “İYİ Parti”dən etiraz gəldi.

“İYİ Parti” sədri Meral Akşənər mövzu ilə əlaqədar sosial mediadakı səhifəsindən mesaj paylaşıb. Akşənər müraciətinə Türkiyə prezidenti Ərdoğanı da etiketləyərək, ““Dönüb səsləndim geri, mərhəmətsiz birinə. Məni siz vursaydınız, bu gavurun yerinə”. Rahim Cavadbəyli bir türk millətçisidir və Türkiyədə mühacirdir. Qardaşımızı İrana təslim etməyin. Yeni bir “Boraltan Köprüsü” acısı yaşatmayın, sayın @RT_Erdogan” deyə yazıb.

 





18.08.2018    çap et  çap et