Vaxt.Az

Rusiya qisas alacaqmı?


 

Zaxarçenkonun məhvinin fəsadları …

Rusiya qisas alacaqmı? 2014-cü ilin aprelində Donetskdə əsas inzibati binanın ələ keçirildiyini yerindəcə müşahidə etdikdə bu gün qətlə yetirilən Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko da həmin binada idi. Ətrafda gəzişdim və separatçıların yaxşı hazırlaşdıqlarını, Rusiyadan kifayət qədər dəstək aldıqlarını anladım. O dönəmdə Ukraynada hakimiyyət boşluğu var idi. Bu həm Rusiyanın, həm də Donetskdəki separatçıların işinə yaradı. Ancaq qısa zaman kəsiyində Ukrayna özünə gəldi, dağılan ordunu və kəşfiyyat xidmətini yenidən qurdu.

Ukrayna kəşfiyyatı son 2 ildə separatçıların xeyli səhra komandirini aradan götürüb. Zaxarçenkonun neytrallaşdırması Ukrayna kəşfiyyatının növbəti uğurlu əməliyyatıdır. Ancaq qorxuram ki, Rusiya kəşfiyyatı da cavab tədbirləri hazırlasın. Rusiyanın Kiyevdə əmr gözləyən gizli qrupları az deyil. Ötən ilin iyul ayında oğlumla Kiyevdə olanda qaldığım evin iki addımlığında Ukrayna kəşfiyyat xidmətində çalışan yüksək rütbəli zabitin maşını partladı, özü həlak oldu. Daha sonra Kiyev və Odessada oxşar terror aksiyaları baş verdi. Böyük ehtimalla Rusiya kəşfiyyatı intiqam əməliyyatına hazırlaşır.

 





01.09.2018    çap et  çap et