Vaxt.Az
Susqunluq 22 gün sürdü
Rusiya qırıcıları Suriya müxalifətini bombalamağa başladı
Rusiyanın döyüş təyyarələri Suriyanın İdlib bölgəsini bombalayır. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, rus hərbi təyyarələri İdlibi 22 günlük susqunluqdan sonra yenidən vurmağa başlayıb. Bununla da Rusiya bölgədə əməliyyat keçirməyə hazırlaşan Bəşər Əsəd hərbçilərinə dəstək verir.Ekspertlər bölgədə silahlı müxaliflərlə
yanaşı, 3 milyondan çox dinc əhalinin də yaşadığını bildirirlər. Onlar Əsəd
qüvvələrinin İran və Rusiyaya məxsus qüvvələrlə birgə həmin əhaliyə qarşı qətliam
törədəcəyindən ehtiyat edirlər.
04.09.2018 çap et