Vaxt.Az

Yeni nazirə yeni müavin


 

İlhamə Qasımovanın qısa dosyesi

Yeni nazirə yeni müavin Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.

Qeyd edək ki, İlhamə Qədimova Bakı şəhərində anadan olub.

1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüququ üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquq şöbəsində baş məsləhətçi işləyib. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

 





25.09.2018    çap et  çap et