Vaxt.Az

İnternet ləğv olunacaq


 

Yeni sistemdə provayderlərə və modemlərə ehtiyac qalmayacaq

İnternet ləğv olunacaq Gələn il OUTERNET beynəlxalq həcmli layihə reallaşmağa planlaşdırılıb. Layihənin Web səhifələrə yol açan ümumdünya sistemiylə adı oxşardır. Və o oxşar məqsədlər üçün istifadə olunacaq. Əsas fərq – öyrəşdiyimiz İnternetlə müqayisədə - eyni və tamamilə pulsuz Wi-Fi siqnalı dünyanın hər bir sakininə əlçatan olacaq. Bu siqnalın mənbəyi yerdə yox, kosmosda yerləşəcək.

«OUTERNET» - wi-fi ruterlərin (router) analoqu olan amma çox həcmli və bütün dünyanı əhatə edən və qoşulmaq üçün parol tələb etməyən sistemdir.

Media İnkişaf İnvestisiya Fondu (Media Development Investment Fund) bir dəqiqə içində bütün dünya üzrə internet provayderlərin biznesini «öldürmək» qərarına gəldi. Yer kürəsinə yaxın olan orbitə çox miqdarda peyklər buraxılmağa planlaşdırılır, və onlar wi-fi-yı olan hər bir istifadəçiyə pulsuz internet verəcək. Bu həcmli OUTERNET layihəsi «datacasting» texnologiyasına əsaslanacaq. Peyklər, kosmosu araşdıran Yer kürəsinin süni peykləri CubeSat formatında olacaq.

Kosmik aparatların hərəsi dünyanın hər tərəfində yerüstü stansiyalardan siqnal qəbul edəcək.

 





21.02.2014    çap et  çap et