Vaxt.Az

“Qoy indi İŞİD-lə onlar məşğul olsun...”


 

Tramp: “6 ay əvvəl açıq-aşkar bildirmişdim”

“Qoy indi İŞİD-lə onlar məşğul olsun...” “Suriyadan çıxmağımız gözlənilməz deyil”. Bu sözləri ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb. “Suriyada çıxmağımız gözlənilməz deyil. Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”, - deyə Donald Tramp vurğulayıb.

ABŞ prezidenti iddia edib ki, Suriyada olmalarının tək səbəbi İŞİD idi. İŞİD-i məğlub ediblər: “Qoy indi İŞİD-lə Rusiya, İran və Suriya mübarizə aparsınlar, çünki regiona öz coğrafi yaxınlığı baxımından onun düşməni onlardır”.

Qeyd edək ki, dekabrın 19-da D.Tramp ABŞ-ın Suriyadan çıxması haqqında qərarı imzalayıb. Ötən gündən ABŞ ağır texnikasını bu ölkədən çıxarır.

 





20.12.2018    çap et  çap et