Vaxt.Az

Əylisli «Nobel»ə namizəd oldu


 

Ermənilər yazıçıya şəhadətnamə göndərəcək

Əylisli «Nobel»ə namizəd oldu Bundan sonra Ə.Əylisli xəcalətdən yox, arzusuna çatdığı üçün rahat yata bilər.

Ermənistan paytaxtında «İrəvan bestselleri» adlı xüsusi layihəyə yekun vurulub. «Armenpress»in bu layihəsində erməni əsilli rumın yazıçısı Varujan Voskanyanın «Pıçıltılar kitabı» əsəri ilə yanaşı, bədnam «Daş yuxular» romanının müəllifi Əkrəm Əylisli də fərqlənib.

 Ə.Əylislinin kitabı «İlin əcnəbi bestseller»i nominasiyasında qalib gəlib. Məlum olub ki,  hər iki əsər Nobel mükafatına namizədlər siyahısına daxil edilib.

«Armenpress»in baş direktoru A.Ananyan Ermənistan Yazıçılar İttifaqından xahiş edib ki, şəhadətnaməni «Drujba narodov» jurnalı vasitəsi ilə Ə.Əylisliyə çatdırsınlar.

 





21.02.2014    çap et  çap et