Tarasov “rayonlar boşaldılacaq” fikrini irəli sürməkdə məqsədi Azərbaycanın gücünü ön plana çıxarmaq yox, Paşinyana qarşı ölkə daxilində təzyiqi artırmaqdır. Tarasov “Qarabağ klanının” vuran əlidir. Ona görə də Tarasov “rayonlar boşaldılacaq” dedikdə Paşinyanın ölkə daxilində mövqelərini zəiflətmək, onu “təslimçi” kimi qələmə verərək “Qarabağ klanının” hücuma keçməsinə şərait yaradır. Yəni Tarasov dezinformasiya yayır. Paşinyanın öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəyi və həvəsi yoxdur. Bunu Paşinyana Azərbaycan ordusu məcbur edə bilər. Bu haqda isə Tarasov bir kəlmə də yazmır.