Vaxt.Az

Gəncəlilər narazıdır


 

AFFA-nın “Kəpəz”dəki yeni təyinatlarından ...

Gəncəlilər narazıdır “Kəpəz”də yeni rəhbər təyinatları Gəncədə birmənalı qarşılanmır. Şəhərin futbol ictimaiyyəti AFFA-dan göndərilən məmurların siyahısından razı deyil.

İslam Abbasovun Müşahidə Şurasına sədr seçilməsi, klubda əsas idarəçiliyin isə Vaqif Sadıqova tapşırılması futbol şəhəri kimi tanınan Gəncədə yerli veteranlara hörmətsizlik kimi qəbul olunur. Vaxtilə bu kluba kurator təyin edilən İsgəndər Cavadovu şəhərə buraxmayan, onun istefasına nail olan bir qrup fəal yenidən hərəkətə keçib. Xüsusilə Sadıqovun təyinatı onların ürəyincə deyil.

Mehman Allahverdiyev başda olmaqla, “Kəpəz”in ən pis günlərində klubu yaşadan, hətta sabiq icra başçısı Elmar Vəliyevin hökmranlığına da tabe olmayan veteran dəstəsi müəyyən addımlar atmaq fikrindədir. Bu təyinatlardan sonra gələn mövsüm “Kəpəz”in Premyer Liqaya qayıtmaq xəyalları bir az da çoxalıb və yerli futbol ictimaiyyəti də proseslərdən kənar qalmaq istəmir.

Əldə etdiyimiz məlumata görə, veteranlar icra hakimiyyətinin rəhbərliyi ilə görüşməyi planlaşdırır. Onlar AFFA-nın maliyyələşdirdiyi klubda yerli kadrların təmsil olunmamasından narazılıqlarını ifadə edəcəklər.

 





27.01.2019    çap et  çap et