Vaxt.Az

“Quaydoya toxunsan...”


 

ABŞ Maduronu hədələdi

“Quaydoya toxunsan...” ABŞ administrasiyası Venesuelaya Amerika diplomatlarına və müxalifət lideri Juan Guaidoya qarşı hər hansı təhlükə törədildiyi halda “əhəmiyyətli cavab” verəcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, belə bir “hədə-qorxu” “qanunun aliliyinə ağır zərbə” olardı.

Venesuelalı müxalifət lideri Xuan Quaydonu 20-dən çox ölkə müvəqqəti prezident kimi tanıyıb. O, çərşənbə və şənbə günləri anti-hökumət etirazlarına çağırıb.

Şənbə günü İspaniya, Almaniya, Fransa, Böyük Britaniya daxil bir neçə Avropa ölkəsi Venesuelanı yaxın günlərdə seçki elan etməsə, müxalifət lideri Quaydonu prezident kimi tanıyacağını bildirib.

Ancaq ölkə başçısı Maduro bunu rədd edib. O deyib ki, Venesuela Avropaya bağlı deyil və “bu, haqsızlıqdır”. Maduro müxalifətlə “hərtərəfli dioloqa hazır olduğunu” bildirib.O, bazar günü ordunun hərbi təlimində iştirak edib.

 





28.01.2019    çap et  çap et