Vaxt.Az

Maduronun dairəsi daralır


 

Daha bir dövlət Quaydonu prezident hesab edir

Maduronun dairəsi daralır İsrail də Venesuelanın müvəqqəti qanuni prezidenti kimi Xuan Quaydonu tanıdı.Maduro bir müddət əvvəl bildirmişdi ki, babası və nənəsi sefarad (ispan) yəhudisi olub, sonradan katolikliyi qəbul ediblər.

Yəhudilər İspaniya torpaqlarından 1492-ci ildə qovulublar və bütün dünyaya, o cümlədən Latın Amerikasına səpələniblər. (Yeri gəlmişkən, 27 yanvar Holokost qurbanlarının anım günüdür.)

Ümumiyyətlə, 1492-ci il İspaniya və dünya tarixində önəmli, bir qədər də mistik ildir. 774 il davam edən Rekonkista - müsəlmanların Pireney yarımadasından çıxarılması məhz həmin il başa çatıb: İspaniya (Araqon və Kastilya) hökmdarları Ferdinand-İzabella cütlüyünün ordusu Qranada əmirliyinin mövcudluğuna son qoyub. Eyni il bu cütlüyün maliyyələşdirdiyi Xristofor Kolumbun ekspedisiyası nəticəsində Amerika kəşf olunub. Sonradan Amerikanın şimalında yaranan dövlət (ABŞ) 1898-ci il müharibəsində İspaniya imperiyasına ağır zərbə vurub və onun çöküşündə mühüm rol oynayıb.

 





28.01.2019    çap et  çap et