Vaxt.Az

Trampdan aksiya anonsu


 

“Bu gün Venesuelada böyük etirazlar gözlənilir”

Trampdan aksiya anonsu “Bu gün Venesuelada böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir”. Bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“ABŞ-ın sanksiyalarından sonra Maduro (Venesuela prezidenti Nikolas Maduronu nəzərdə tutur-red.) Venesueladakı müxalifətlə görüşmək istədiyini bildirdi. Xuan Quaydo Venesuelanın Konstitusiya Məhkəməsi ilə təhdid edilir. Bu gün (yanvarın 30-da) böyük etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. ABŞ vətəndaşları ikinci əmrə qədər Venesuelaya səyahət etməsinlər”, - deyə D.Tramp vurğulayıb..

Yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo özünün Venesuelanın müvəqqəti prezidenti elan edib. ABŞ prezidenti Donald Tramp onu ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tanıyıb.

Bundan başqa Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Qayana, Sent-Lüsi, Qvatemala və Peru Milli Assambeliya sədri də X.Quaydonu tanıdıqlarını və onu tam dəstəklədiklərini bildiriblər.

Bir müddət əvvəl Venesuela prezidenti Nikolas Maduronun kiçik oğlu bildirmişdi ki, ABŞ ölkəsinə hərbi qüvvə tətbiq edəcəyi halda Ağ Evi ələ keçirəcək.

 





30.01.2019    çap et  çap et