Vaxt.Az

Abel Məhərrəmovdan tələbələrə güzəşt


 

BDU-da imtahan balı endirildi

Abel Məhərrəmovdan tələbələrə güzəşt Bu gün Bakı Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbə və magistrantların biliyinin qiymətləndirilməsi haqqında əsasnamənin tələbləri ilə əlaqədar rektorluğun genişləndirilmiş iclası keçirilib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın Modern.az saytına verdiyi məlumata görə, Təhsil Nazirliyinin müvafiq məktubunun icrası ilə bağlı keçirilən iclasda 2013-2014-cü tədris ilinin qış imtahan sessiyası zamanı imtahanın nəticələrinə görə, 17 və daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla, ümumilikdə 51 və daha çox bal toplayan tələbələrin müvəffəqiyyət almaları və nəticələrin onların nəzərinə çatdırılması barədə fakültə dekanlıqlarına müvafiq göstəriş verilib.

 





24.02.2014    çap et  çap et