Məlumata görə admiral bu barədə Atlantik Şurasında çıxışı zamanı deyib. NATO-nun keçmiş baş katibi Aleksandr Verşbou Riçardsondan Rusiyanın əsas dəniz yollarını ələ keçirməsinə qarşı ABŞ-ın nə edə biləcəyi haqda soruşub. “Biz birinci zərbə endirməliyik”, - Riçardson bildirib.
Admiral deyib ki, Amerika tərəfi təkcə Rusiya və Çin kimi ölkələrin addımlarına necə cavab vermək barədə düşünməli deyil, özü birinci təzyiq etməlidir. Onun sözlərinə görə, rusları ABŞ-ın “birinci addımlarına” cavab verməyə məcbur etmək lazımdır.
“Zərbəni birinci endirməyin vaxtı çatıb. Vaxtaşırı olaraq şahmat taxtasının ağ tərəfində oynamaq üstünlüyə çevrilir”, - o bildirib. Riçardson təsdiq edib ki, Rusiya Azov dənizini blokadaya alıb və Şərqi Aralıq dənizində hərbi iştirakını artırıb.