Vaxt.Az

“Həbsxanada hətta qız dostlarım var idi...”


 

Məşhur boksçusu Maykl Tayson maraqlı etiraflar edib

“Həbsxanada hətta qız dostlarım var idi...” Məşhur boksçusu Maykl Tayson ABŞ televiziyalarının birinə maraqlı və səmimi etiraflar edib. Apasport.az saytının məlumatına görə, ağır çəkili dünya çempionu zirvəyə yüksəldiyini, lakin 1992-ci ildə 18 yaşındakı gözəllik kraliçası - Desiriyə Vaşinqtonda təcavüz edib, 3 il 6 ay həbs cəzası çəkdiyi dövrlərdə dəyişdiyini bildirib.Tayson televiziyada həbsxana həyatından danışıb: “Həbsxanada olduğum müddətdə də, lüks bir yerdə qalırdım. Sadəcə çöldəki kimi deyildi. Yeməyim vardı, istədiyim hər şeyə sahib olurdum. Orada qız dostlarım belə vardı”.
1995-ci ildə azadlığa buraxılan Maykl həyatının daha fərqli olduğunu vurğulayıb: “Azadlıqda olduqdan sonra açığı çox qorxdum. Siz belə bir vəziyyətlə üzləşmək istəməzdiniz. Əvvəl bank hesabımda 400 milyon dolar pulum var idi. Ancaq sonra 4000 saniyədə necə həyatda qalacağımı bilmirdim”.
 





05.06.2013    çap et  çap et