Vaxt.Az

“Boş məkanın dolğunluğu”


 

Eksperimental tamaşalar festivalı

“Boş məkanın dolğunluğu” Martın 1-dən 9-dək Bakıda “Boş məkanın dolğunluğu – 2” adlı eksperimental tamaşalar festivalı keçiriləcək.

Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub.

Festivalda ölkə teatrları, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti və Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunacaq.

Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da, Milli Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqında reallaşacaq.

 





15.02.2019    çap et  çap et