Vaxt.Az

Türkiyədə işsizlik durmadan artır


 

Göstəricilər 2 ilin ən yüksək səviyyəsinə qalxıb

Türkiyədə işsizlik durmadan artır Türkiyədə işsizlik səviyyəsi 2018-ci ilin Noyabr ayında 2 bənd artaraq 12.3 faizə yüksəlib, bu 2017-ci ilin Fevral ayından bəri ən yüksək səviyyədir.

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına istinadən xəbər verir ki, Türkiyə daxilində yaşı 15 və daha yuxarı olan işsizlərin sayı 2018-ci ilin Noyabr dövründə ötən ilin eyni dövrünə nisbətən 706 min nəfər artaraq 3 milyon 981 min nəfər olub. İşsizlik nisbəti 2 bənd artım ilə 12,3 faiz səviyyəsinə yüksəlib. Proqnoz 11.8 faiz idi.

 Həmin dövrdə; Kənd təsərrüfatı xaric işsizlik nisbəti 2,1 bənd artım ilə 14,3 faiz olub. Gənc əhali arasında (15-24 yaş) işsizlik nisbəti 4,3 bənd artım ilə 23,6 faiz,15-64 yaş qrupunda bu nisbət 2,1 bənd artım ilə 12,6 faiz təşkil edib.

 





15.02.2019    çap et  çap et