Vaxt.Az

Qırmızı “qızıl”


 

Hər ton pomidor 1032 dollar valyuta gətirib

Qırmızı “qızıl” Azərbaycan 2018-ci ildə 177 milyon 381 min dollar dəyərində pomidor ixrac edib. Bu barədə hökumətdən məlumat verilib. “2018-ci ildə Azərbaycan 177 milyon 381 min dollar dəyərində 171 min 921 ton pomidor ixrac edib. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 19,4 faiz, dəyər ifadəsində 17 faiz artıb”, - deyə məlumatda bildirilir.1 ton pomidor ölkəyə 1032 dollar valyutanın daxil olmasını təmin edib.

Hesabat ilində pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, 2018-ci ildə bu ölkəyə 176 milyon 263 min dollar dəyərində 170 min 315 ton (bütün ixracın 99,06 faizi) pomidor ixrac olunub. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 11,2 faiz, dəyər ifadəsində 16,5 faiz artıb.

2017-ci ildə Azərbaycan 151,6 milyon dəyərində pomidor ixrac edib, pomidorların əsas həcmi Rusiyaya tədarük olunub.

 





15.02.2019    çap et  çap et