Vaxt.Az

Türkiyəyə xəbərdarlıq


 

“Reaksiyalar müvəqqətidir, simptomların yüngülləşdirilməsinə yönəlib”

Türkiyəyə xəbərdarlıq Beynəlxalq kredit reytinqi agentliyi “Standard & Poor's” (“S&P”), Türkiyənin kredit reytinqini və proqnozunu təsdiq edib. Qurum, Türkiyənin xarici valyutada kredit reytinqini "B+" olaraq təsdiq edib (dəyişməyib). Reytinqin proqnozu da "sabit" olaraq saxlanılıb. İqtisadçılar da S&P-də dəyişiklik gözləmirdilər.

“S&P”, 17 Avqust 2018-ci il tarixində, Türkiyənin xarici valyutada kredit reytinqini, “investisiya edilə bilər” səviyyəsindən dörd pillə aşağı olan “B+” səviyyəsinə endirmiş, proqnozun “sabit” olduğunu açıqlamışdı.

Türkiyənin maliyyə və ödənişlər tarazlığı təzyiqlərinə verdiyi reaksiyaların böyük ölçüdə müvəqqəti olduğunu bildirən Agentlik, reaksiyaların əsas iqtisadi zəiflikləri həll etməkdən daha çox simptomların yüngülləşdirilməsinə yönəlmiş olduğunu qeyd edib.

Bununla yanaşı, aşağı dövlət borcuna işarə edən kredit reytinqi agentliyi, maliyyə tərəfdə hərəkət sahəsi olduğunu bildirib.

“S&P”, sərt maliyyə şərtləri və yüksək inflyasiyaya işarə edərək Türkiyə iqtisadiyyatının 2019-da 0.5 faiz azalacağını gözləyir.

Agentliyin açıqlamasında iqtisadiyyata olan etibarı artıracaq, cari kəsiri azaldıb inflyasiyanı nəzarət altına alacaq şəffaf iqtisadi proqramının həyata keçirilməsi vəziyyətində Türkiyənin reytinqinin qaldırılacağı qeyd edilib.

“S&P”, banklara dair sistematik riskin Türkiyənin maliyyə mövqeyini zəiflədəcək şəkildə artması halında ölkə reytinqinin daha da aşağı salınacağını bildirib.

Bundan başqa, Agentlik, iqtisadi geriləmənin qurum proqnozundan aşağı olması halında  reytinqin endirilməsinin mümkün olduğunu qeyd edib.

 





16.02.2019    çap et  çap et