Vaxt.Az

İraq İrana neft ixracatını dayandırdı


 

ABŞ sanksiyalarının növbəti fəsadı

İraq İrana neft ixracatını dayandırdı İraq İrana neft ixracatını dayandırıb. Bu məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilir ki, əvvəllər İraqın şimalındakı yerli hökumət İrana xam nefti Başmak Nəzarət Buraxılış Məntəqəsindən avtoçənlərlə nəql edirmiş. Hazırda bu daşınma dayanıb.

Nəzarət Buraxılış Məntəqəsinin başçısı Samal Abdülrəhim bildirib ki, İrana neft ixracının dayandırlmasına dair uyğun qərar cari il fevralın 15-dən qüvvəyə minib.

Buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya göstərilir.

 





16.02.2019    çap et  çap et