Vaxt.Az

50-sindən 16-sı


 

Donald Tramp məhkəməyə verildi

50-sindən 16-sı Amerikanın Kaliforniya, Kolorado, Konnektikut , Delaver, Havay və digərlərindən ibarət 16 ştatının nümayəndələri Meksika ilə cənub sərhəddində fövqəladə vəziyyət rejimi elan etdiyinə görə prezident Donald Trampı məhkəməyə veriblər.

“Politico” nəşri xəbər verir ki, iddiaçılar ABŞ prezidentini “qanunsuz sxemlə” Amerika vergiödəyicilərinin vəsaitlərini birtərəfli qaydada oğurlamaqda ittiham edirlər.

“Qanunsuz immiqrasiya böhranı bəhanəsilə Tramp ölkədə fövqəladə vəziyyət rejimi elan edərək, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, hərbi tikintilər və hüquqi məcburetmə təşəbbüsləri üçün ayrılan federal vəsaitləri divarın tikilməsinə yönəltmək istəyir. Biz, prezident səlahiyyətlərindən sui-istifadəsini bloklamaq üçün Trampı məhkəməyə veririk”, – ştatların iddia ərizəsində qeyd olunur.

Azvision.az xatırladır ki, cənub sərhədlərindəki vəziyyətin humanitar böhrana səbəb olması və dövlətin təhlükəsizliyinə təhdid yaratmasını əsas tutaraq ABŞ prezidenti Donald Tramp 15 fevralda ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə sənəd imzalayıb. Bu yolla o, Konqresdən yan keçərək Meksika ilə sərhəddə divarın tikintisi üçün federal büdcədən 8 milyard dollaradək vəsait ayrılmasına nail ola bilər.

 





19.02.2019    çap et  çap et