Vaxt.Az

6 hərbçi öldürülüb


 

Pakistanla İran sərhədində insident böyüyür

6 hərbçi öldürülüb Pakistan ordusunun yaydığı məlumata görə, bu gün ölkənin İranla sərhəddə yerləşən Bəlucistan bölgəsində 6 əsgəri naməlum silahlıların açdığı atəş nəticəsində həlak olub.

Hələlik heç bir qruplaşma hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Xatırladaq ki, fevralın 13-də İranın Sistan və Bəlucistan əyalətində “Sepah” üzvlərini daşıyan avtobusa qarşı baş tutmuş intihar hücumundan sonra İran rəsmiləri Pakistanı təhdid edirlər. “Sepah” komandanı isə Pakistanın baş vermiş hadisəyə görə məsuliyyət daşıdığını bildirmişdi.

 





19.02.2019    çap et  çap et