Vaxt.Az

İvanişvili sözünü tutmadı?


 

“Gürcü Arzusu” kredit borcu vədini dilə gətirmir

İvanişvili sözünü tutmadı? Gürcüstanda artıq yeni qadın prezident fəaliyyətə başlayıb. Seçki nəticələri göstərdi ki, bir çox gürcü Fransada anadan olmuş qərb təhsilli diplomat xanım siyasətçi ilə ölkəyə yeni nəfəsin gələcəyini güman edirdilər. Daha doğrusu hakimiyyətin böyük uğurlara imza atacağına inanırdılar. Ancaq nədənsə “Gürcü arzusu” gürcülərin bu ümidini boğdu. Çünki bu iqtidarda hər şey bir nəfərin arzu və istəyi əsasında həll olunur.

Çox təəssüf ki, də görünən mənzərə budur ki, Bidzina İvanişvili “bu gəmiyə artıq kapitanlıq” edə bilmir. Hökumətdə heç bir yenilik yoxdur, yeni təşəbbüslər yoxdur, nazirlərin korrupsiya faktları medianın bəzəyinə çevrilib. İvanişvilinin siyasi xətti öz rəngarəngliyi ilə seçilir.

Belə ki, onun işi elitanın yüksək təbəqəsilədir. Müğənillər, tanınmış idmançılar, incəsənət xadimləri, milyaderin səxavətindən öz payını alır. Onlar dəyəri milyonlarla ölçülən bahalı hədiyyələrlə mükafatlandırılır. Əvəzində isə sadə xalqa verilmiş boş vədlər, vəziyyətin düzəlməyəcəyinə artıq əmin olan sadə gürcülər var. Onlar bunun “faturası” nı sonuncu prezident seçkilərdə iqtidara kəsdilər. Lakin yenə İvanişvili dövriyyə girərək “siz gəlin səs verin, 600 min kredit borcu mənlikdir” dedi.

Seçkilərdə bitdi, iqtidarın namizədi də seçildi, lakin zəhmət çəkib “Gürcü Arzusu”nun heç bir nümayəndəsi xalqın bu arzusunu dilə gətirmir. Qaldı ki, həll etsinlər. İqtidarın yarıtmaz milli siyasəti həm azərbaycanlıları, həmdə erməniləri narazı hala salıb.

Hökumət nə Rusiya ilə münasibəti normallaşdıra bilir, nədə Qərbə tam inteqrasiya oluna bilir. Əgər siyasət dəyişmirsə Tiflis küçələri yeni bir “Qızılgül inqilabı”na səhnə ola bilər. Ən yaxşı halda isə bu siyasətlə növbəti parlament seçkilərində “Gürcü Arzusu”nun arzusu ürəyində qalacaq.

 





19.02.2019    çap et  çap et