Vaxt.Az

“Bizimlə şagird kimi danışa bilməzsiniz”


 

Lavrovdan açıq xəbərdarlıq

“Bizimlə şagird kimi danışa bilməzsiniz” Rusiya ABŞ-la konstruktiv dialoqa hazırdır, lakin özü ilə şagird kimi danışılmasına icazə verməyəcək. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Vyetnam Televiziyası, Çinin Mərkəzi Televiziyası və “Phoenix” kanallarına verdiyi müsahibəsində deyib.

“Vaşinqtondakı Rusiya ilə sərt siyasət tərəfdarları vəziyyətin yalnız pisləşməsini istəyir. Bir qədər əvvəl növbəti dəfə hansısa sanksiyalar tətbiq etdilər, ya da tətbiq edəcəklər. Artıq bunları izləmirəm”, – Lavrov bildirib.

 





24.02.2019    çap et  çap et