Vaxt.Az

8-i “Qarabağ”lı, 1-i “Qəbələ”li


 

Bəs 9 milyonçudan neçəsi yerlidir?

8-i “Qarabağ”lı, 1-i “Qəbələ”li Premyer Liqada çıxış edən ən bahalı futbolçular müəyyənləşib. “Transfermarkt” qış fasiləsindən sonra futbolçuların transfer qiymətlərini müəyyənləşdirib.

Ölkəmizdə çıxış edən ən bahalı futbolçuların böyük əksəriyyəti “Qarabağ”ın formasını geyinir. Belə ki, dəyəri 1 milyon avrodan artıq olan 9 futbolçudan 8-i Ağdam klubunda çıxış edir.

İlk “onluq”da son çempionun 8 futbolçusu yer alıb. Yerli futbolçulardan Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Mahir Mədətov dəyərini 1 milyon avroya çatdıraraq “onluq”da yer alıb. Bundan başqa, millimizin üzvü Riçard Almeyda “Qarabağ”dakı komanda yoldaşı Filip Ozobiçlə siyahıya başçılıq edir.

 

1. Riçard Almeyda (Qarabağ) - 1.500.000 avro

2. Filip Ozobiç (Qarabağ) - 1.500.000 avro

3. Maksim Medvedev (Qarabağ) - 1.200.000 avro

4. Simeon Slavçev (Qarabağ) - 1.200.000 avro

5. Abdullah Zubir (Qarabağ) - 1.200.000 avro

6. Bədavi Hüseynov (Qarabağ) - 1.000.000 avro

7. Qara Qarayev (Qarabağ) - 1.000.000 avro

8. Mahir Mədətov (Qarabağ) - 1.000.000 avro

9. Stiven Monroz (Qəbələ) - 1.000.000 avro

10. Baqali Dabo (Neftçi) - 800.000 avro

11. Donald Qerye (Qarabağ) - 750.000 avro

12. Miçel (Qarabağ) - 750.000 avro

13. Dani Kintana (Qarabağ) - 750.000 avro

14. Kiril Petrov (Neftçi) - 750.000 avro

15. Voyislav Stankoviç (Qəbələ) - 750.000 avro

16. Sabien Lilay (Qəbələ) - 750.000 avro

17. Ceyms Adeniyi (Qəbələ) - 750.000 avro

18. Mirabdulla Abbasov (Neftçi) - 650.000 avro

19. Yakub Jezniçak (Qarabağ) - 600.000 avro

20. Con Delarj (Qarabağ) - 600.000 avro

21. İnnosent Emeqara (Qarabağ) - 600.000 avro

22. Səlahət Ağayev (Neftçi) - 600.000 avro

23. Emin Mahmudov (Neftçi) - 600.000 avro

24. Soni Mustivar (Neftçi) - 600.000 avro

25. Vanderson Naskimento (Sabah) - 600.000 avro

26. Coşqun Diniyev (Sabah) - 600.000 avro

27. Cavid İmamverdiyev (Sabah) - 600.000 avro

 





24.02.2019    çap et  çap et