Vaxt.Az

Taliban Türkmənistana hücum etdi


 

3 sərhədçi öldürülüb

Taliban Türkmənistana hücum etdi Bu axşam talibançılar dövlət sərhədini pozaraq Türkmənistan ərazisinə daxil olaraq üç türkmən sərhədçisini güllələyiblər.

Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Baqdis əyalətinin qubernatoru məlumat verib. Onun sözlərinə görə, taliblər sərhədi Mukur ərazisində pozublar və  güllələdikləri hər üç sərhəd xidmətçisi dünyasını dəyişib. Sərhədi pozanlar Talibandakı Molla Abdullah və Əhmədin qruplaşmasının üzvləri olduğu bildirilir.

Türkmənistanın Əfqanıstandakı konsulluğu da sərhədçilərin ölüm xəbərini təsdiqləyib.

 





28.02.2014    çap et  çap et