Vaxt.Az
OPEC+ nəyi nəzərə alacaq?
Baş katib Bakı görüşü haqqında: “Hər şey məlumatlardan asılıdır”
OPEC-in baş katibi Məhəmməd Barkindo ABŞ səfərində neft istehsalçıları ilə görüşmək və bu ölkənin sənayesinin genişləndirilməsi üçün kapitalın əldə edilməsini öyrənməyə çalışıb. Bu həftə Hyustonda keçirilən “IHS Markit CERAWeek”in illik konfransında iştirak edən rəsminin sözlərinə görə, ABŞ sənayesinin maliyyələşdirilməsi neft hasilatını gündə təxminən 12,1 milyon barelə qədər artırmağa kömək edib.
“ABŞ-da istehsalın artımı dünyaya öz
energetika ehtiyaclarını təmin etməyə kömək edən əhəmiyyətli amildir”, - deyə
Barkindo qeyd edib. O, vurğulayıb ki, İran və Venesuela ABŞ-ın sanksiyaları
altındadır. OPEC-in baş katibi həmçinin bildirib ki, OPEC və partnyorları
bazarda neftin həcminin artımının dayandırılıması haqqında razılaşmanın
icrasının gedişini qiymətləndirmək üçün martın 17-18-də Azərbaycanda görüşəcək.
Gözlənilir ki, OPEC-ə üzv ölkələr və Rusiya hasilatın gündəlik 1,2 milyon barel
ixtisarı haqqında razılaşmanı ən azı bir neçə ay müddətinə uzadacaq. “Bakıda
görüşün nəticələri qərarın qəbul olunması zamanı nəzərə alınacaq. Hər şey məlumatlardan
asılıdır. Onlarla tanış olmaq lazımdır”, - deyə OPEC-in baş katibi bildirib.
Xatırladaq ki, martın 17-18-də Bakıda
OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və
Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.
14.03.2019 çap et